BAKI, 1 avqust. TELEQRAF

İnsanlar və dövlətlər arasında əlaqələrin süni şəkildə məhdudlaşdırılmasının gələcəyi yoxdur.

Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko İsveçrə xalqını milli bayramı münasibətilə təbrik edərkən deyib.

Dövlət başçısı bildirib ki, belarusları və isveçrəliləri bir-birinə mehribanlıq və məsələləri sülh yolu ilə həll etmək istəyi bağlayır:

"Bu gün dövlətlər və insanlar arasında əlaqələrə süni əngəllər yaratmağın heç bir nəticə verməyəcəyi tamamilə aydındır. Belarus və İsveçrə birlikdə dünyada sülhün və ədalətin qorunmasına böyük kömək edə bilər".

Sonda A.Lukaşenko İsveçrə xalqına sülh, firavanlıq və xoşbəxt həyat arzulayıb.