BAKI, 1 avqust. TELEQRAF

Türkiyənin Kocaeli şəhərində güləş üzrə Hasan Gemici və Qazanfer Bilgenin xatirə turnirinə start verilib.

Teleqraf Güləş federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, ilk yarış günündə sərbəst güləşdə 57, 70, 86 və 125 kq-da, yunan-Roma güləşində isə 55, 67, 82 və 130 kq-da qaliblər müəyyənləşib.

Ənənəvi turnirin ilk günündə 4 təmsilçimiz fəxri kürsüyə qalxıb. Sərbəst güləşdə Xetaq Karsanov (125 kq) gümüş, Ramik Heybətov (70 kq) isə bürünc medal qazanıb.

Yunan-Roma güləşində isə 130 kq-da yer alan milli üzvləri ilk “3-lük”də yer alıb. Sərxan Məmmədov gümüş, Beka Kandelaki isə bürünc medalı boynundan asıb.

Yarışa sabah yekun vurulacaq.