BAKI, 1 avqust. TELEQRAF

Rusiyanın növbəti hücumu nəticəsində Litvanın Kiyevdəki səfirliyinin binasının zədələnməsi ilə əlaqədar Rusiyanın Vilnüsdəki nümayəndəsi Litva Xarici İşlər Nazirliyinə (XİN) çağırılacaq.

Teleqraf xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Kyastutis Budris "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Ötən gecə Rusiyanın Kiyevə hücumları nəticəsində Litva səfirliyinin binası da zədələnib. Raketlər diplomatik nümayəndəlikdən cəmi bir neçə metr aralıya düşüb. Xoşbəxtlikdən, səfirlik əməkdaşları xəsarət almayıblar. Bu gün Rusiyanın Vilnüsdəki nümayəndəsi Litva XİN-ə çağırılacaq. Daha sərt sanksiyalar tətbiq etməklə Rusiyaya təzyiqləri gücləndirmək, həmçinin Ukraynaya dəstəyi artırmaq lazımdır", - o bildirib.