BAKI, 21 iyul. TELEQRAF

Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredes 2026-cı il dünya çempionatının finalından sonra baş verən insidentə görə cəzalandırılmayıb.

Teleqraf xəbər verir ki, bu barədə FIFA "BBC Sport"a açıqlama verib.

İspaniya ilə matçın final fitindən sonra yaranan qarşıdurma zamanı Paredes Erik Qarsiyanın boğazından tutub, Qaviyə hücum edib və yerə yıxılan ispaniyalı futbolçuya yumruq vurub.

Əvvəlcə argentinalı yarımmüdafiəçinin meydandan qovulduğu bildirilsə də, ona göstərildiyi deyilən qırmızı vərəqə sonradan rəsmi protokoldan silinib. FIFA həmin vaxt Paredes barəsində heç bir intizam tədbirinin görülmədiyini təsdiqləyib.

Bununla belə, ali futbol qurumunun İntizam Komitəsi oyun başa çatdıqdan sonra meydanda yaşanan hadisələrlə bağlı araşdırmaya başlayıb.

Qeyd edək ki, Argentina finalda İspaniyaya əlavə vaxtda 0:1 hesabı ilə məğlub olub.