BAKI, 21 iyul. TELEQRAF

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Belçikanı Milli Günü münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə XİN-nin sosial media hesabında paylaşım edilib.

"Belçika Krallığının Milli Günü münasibətilə Belçika xalqına ən xoş arzularımızı çatdırırıq. Milli gününüz mübarək, Belçika",- paylaşımda bildirilib.