BAKI, 21 iyul. TELEQRAF

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin ümumi dəyəri 30.26% azalaraq 2 milyard 707 milyon 901.75 min dollar təşkil edib.

Teleqraf Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, Azərbaycandan MDB ölkələrinə ixrac 1 milyard 14 milyon 90.30 min dollar (18.2% artım), MDB ölkələrindən Azərbaycana idxal isə 1 milyard 693 milyon 811.45 min dollar (44% azalma) təşkil edib.

Cari ilin I yarısının nəticələrinə görə, MDB ölkələrinə ixrac Azərbaycanın ümumi ixracının 6.21%-i, bu ölkələrdən idxal isə ümumi idxalının 20.31%-ni təşkil edib.