BAKI, 11 iyul. TELEQRAF
Fransada davam edən meşə yanğınları ilə bağlı 30-dan çox şübhəli saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Loran Nunyes özünün "X" səhifəsində məlumat verib.
Nazir yazıb ki, 22 departamentdə qəsdən yanğın törətməkdə şübhəli bilinərək otuz iki nəfər saxlanılıb.
O, saxlanılanların yağın törətməklə Fransa yanğınsöndürənlərinin həyatını təhlükəyə atdıqlarını qeyd edib.
Fransanın cənubunda meşə yanğınları davam edir. 10 iyul tarixinə qədər ölkə üzrə 25.000 hektar meşə sahəsi artıq yanıb.