BAKI, 11 iyul. TELEQRAF
"Patriot" hava hücumundan müdafiə sistemləri üçün raket-tutucuların istehsalının Almaniyada və ya digər Avropa ölkəsində təşkil ediləcəyi ehtimal olunur.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məsələ ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, yeni raket-tutucuların istehsalının təhlükəsizlik baxımından Almaniyada və ya başqa bir Avropa dövlətində həyata keçirilməsi nəzərdə tutulur. Döyüş əməliyyatları başa çatdıqdan sonra isə istehsalın Ukrayna ərazisinə köçürülməsi imkanının nəzərdən keçirildiyi bildirilir.
"Reuters" qeyd edir ki, bu məsələ ilə bağlı müzakirələr davam edir və yekun qərar hələ qəbul olunmayıb.
Bundan əvvəl Avropa Komissiyası raket-tutucuların və digər strateji əhəmiyyətli hava hücumundan müdafiə vasitələrinin istehsalının artırılması istiqamətində iş aparıldığını açıqlamışdı.
ABŞ Prezidenti Donald Tramp isə Ankarada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı Vaşinqtonun Ukraynaya Patriot zenit-raket komplekslərinin istehsalı üçün lisenziya verəcəyini bildirmişdi.