BAKI, 11 iyul. TELEQRAF
ABŞ-nin Nyu-York şəhərində bərpa olunan Dünya Ticarət Mərkəzi (WTC) kompleksinin sonuncu göydələninin tikintisinə start verilib.
Teleqraf xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
Məlumata görə, 55 mərtəbəli American Express göydələni üçün təməlqoyma mərasimi keçirilib. Bina 2001-ci il terror aktları zamanı dağıdılmış Əkiz Qüllələrin yerləşdiyi ərazidə inşa olunur.
Gələcək göydələnin hündürlüyü 374 metr olacaq. Layihənin başa çatması ilə terror hücumları nəticəsində dağıdılmış ərazinin yenidən qurulması prosesinin yekunlaşacağı bildirilir.
Yeni bina bərpa edilmiş Dünya Ticarət Mərkəzi kompleksinin sonuncu əsas elementi hesab olunur.