BAKI, 11 iyul. TELEQRAF

ABŞ-nin texnologiya nəhəngi "Apple" şirkəti "ChatGPT"ni hazırlayan "OpenAI" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.

Teleqraf xəbər verir ki, bu barədə Kaliforniya ştatının Şimal Dairə Məhkəməsinin elektron bazasında yer alan məlumatlarda bildirilib.

Məlumata görə, iddia iyulun 10-da təqdim olunub. "Apple" "OpenAI"ni kommersiya sirrindən qanunsuz istifadə etməkdə ittiham edir.

CNBC telekanalının məlumatına əsasən, "Apple" hesab edir ki, şirkətin intellektual mülkiyyəti və məxfi məlumatları "OpenAI" tərəfindən proqram təminatının hazırlanması zamanı istifadə olunub.

Məhkəmə sənədlərində iddia edilir ki, "OpenAI"də işə qəbul olunmaq istəyən "Apple" əməkdaşlarına şirkətin kommersiya sirlərini təqdim etmələri təklif olunub.

Hələlik "OpenAI" tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.