BAKI, 11 iyul. TELEQRAF
ABŞ senatorları Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsinin yaxın vaxtlarda Konqresdə irəli sürüləcəyini açıqlayıblar.
Teleqraf xəbər verir ki, bu barədə senatorların birgə bəyanatında bildirilib.
“Biz Tramp administrasiyası ilə Rusiyaya qarşı sanksiyalarla bağlı yenilənmiş qanunvericiliyin irəli aparılması barədə razılığa gəlmişik. Bu mühüm irəliləyişdən məmnunuq və qanunun yaxın zamanda qəbul ediləcəyini gözləyirik”, - bəyanatda qeyd olunub.
Qanun layihəsinin detalları açıqlanmasa da, onun Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirləri ehtiva edəcəyi bildirilir.
Daha əvvəl ABŞ mediası ölkə qanunvericilərinin Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi üçün Maliyyə Nazirliyinə təzyiqləri artırmaq niyyətində olduqlarını yazmışdı.