BAKI, 11 iyul. TELEQRAF
Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri işğal olunmuş Fələstin ərazilərindən malların idxalına qadağa qoyulması imkanlarını müzakirə edəcəklər.
Teleqraf xəbər verir ki, bu barədə "France-Presse" agentliyi məlumat yayıb.
Diplomatik mənbələrin məlumatına görə, bazar ertəsi günü Brüsseldə keçiriləcək görüş çox güman ki, heç bir konkret qərara gətirib çıxarmayacaq, lakin Aİ üzv dövlətləri arasında belə bir təşəbbüsə nə dərəcədə dəstək verildiyini qiymətləndirmək üçün fürsət yaradacaq.
Brüsseldə belə bir qərarın qəbul edilməsi proseduru ilə bağlı fikir ayrılıqları davam edir: bəziləri onun təsdiqlənməsi üçün bütün 27 üzv dövlətin razılığının tələb olunduğunu düşünür, digərləri isə səs çoxluğu ilə məsələnin həllinin tərəfdarıdır.
rlandiya, Hollandiya və İspaniya da daxil olmaqla bir neçə Aİ üzvü dövləti artıq işğal olunmuş Fələstin ərazilərindəki İsrail yaşayış məntəqələri ilə ticarətə öz məhdudiyyətlərini tətbiq edib ki, bu da beynəlxalq hüquqa əsasən qanunsuz hesab olunur.