BAKI, 10 iyul. TELEQRAF

Pakistanın Baş naziri Şahbaz Şərif İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, liderlər regionda yaranmış gərginliyi müzakirə ediblər.

Ş.Şərif Pakistanın regionda davamlı sülhün təmin olunması naminə vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu bildirib.

M.Pezeşkian öz növbəsində İslamabadın vasitəçilik missiyasını yüksək qiymətləndirib.