BAKI, 10 iyul. TELEQRAF
İran öz ərazisini müdafiə etməyə hazırdır. ABŞ əldə edilən razılaşmaları pozarsa, genişmiqyaslı müdafiəyə başlayacağıq.
Teleqraf xəbər verir ki, bunu İran Parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf bildirib.
Qalibaf qeyd edib ki, danışıqlar zamanı ABŞ vitse-prezidentinə "biz amerikalılara qətiyyən etibar etmirik" sözünü açıq şəkildə deyib: "Məncə, yalnız müharibəyə hazır olanlar ABŞ ilə danışıqlar apara bilər. Buna görə də biz ölkəmizin müdafiəsinə hazırlığı heç vaxt dayandırmamışıq".
İran parlamentinin spikeri vurğulayıb ki, Vaşinqtonun razılaşmaları pozması halında, Tehran ABŞ-yə qarşı qətiyyətli cavab verəcək.
Qalibaf həmçinin əlavə edib ki, müharibəyə son qoymaq bütün ölkələrin prioritetidir: "Münaqişə heç zaman İranın təslim olması ilə bitməyəcək".