BAKI, 9 iyul. TELEQRAF

İranın Bəndər Abbas, Buşehr və Sirik şəhərləri yaxınlığında partlayışlar olub.

Teleqraf xəbər verir ki, bu barədə "Mehr" xəbər agentliyi məlumat yayıb.

Mehr xəbər agentliyi daha əvvəl də iddia etmişdi ki, son iki gecə ərzində Amerika qüvvələri İranın cənub sahillərinə zərbələr endirib və nəticədə bir neçə balıqçı və hərbçi həlak olub, həmçinin Bəndər Abbas və Sirik bölgələrində balıqçılıq sənayesinə ciddi ziyan dəyib.