Floridada Palm-Biç Beynəlxalq Hava Limanına Donald Trampın adı verilib.
Teleqraf xəbər verir ki, bu gündən etibarən hava limanı “Prezident Donald C. Tramp adına Beynəlxalq Hava Limanı” adlanacaq. Müvafiq qərar Florida hakimiyyəti tərəfindən bu ilin fevralında verilib.
Həmçinin avqustun 18-dən hava limanının Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) üzrə kodu da dəyişəcək. Hazırda istifadə olunan PBI kodunun əvəzinə ABŞ prezidentinin baş hərflərinə uyğun olaraq DJT kodu tətbiq ediləcək.