BAKI, 9 iyul. TELEQRAF
Belçikada müşahidə olunan anomal istilər 2000-ci ildən bəri ən yüksək ölüm göstəricisinin qeydə alınmasına səbəb olub.
Teleqraf xarici mətbuata istinadla xəbər verir ki, istilər nəticəsində bu il 1747 nəfər ölüb.
Brüsseldə havanın temperaturu bir neçə gün ardıcıl 35 dərəcəyə, bəzi bölgələrdə isə 38-40 dərəcəyə çatıb. Güclü istilər səbəbindən bəzi yerlərdə iş saatları azaldılıb.
Sinoptiklər yaxın günlərdə Belçikada yeni isti hava dalğasının gözlənildiyini bildirirlər.