BAKI, 9 iyul. TELEQRAF
İsrail ordusu Fələstinin “İslami Cihad” qruplaşmasının silah istehsal şöbəsinin komandiri Rəşid əl-Qadini zərərsizləşdirib.
Teleqraf xəbər verir ki, İsrail Müdafiə Qüvvələri “İslami Cihad” təşkilatının istehsalat bölməsinin komandiri Rəşid əl-Qadini öldürdüyünü açıqlayıb.
Bəyanatda bildirilib ki, zərərsizləşdirilən şəxs terror təşkilatının hərbi qanadının istifadəsi üçün bütün növ silahların istehsalı və təchizatına cavabdeh olan bölmənin fəaliyyətində, o cümlədən çoxsaylı istehsal proseslərində əsas rol oynayıb.