BAKI, 9 iyul. TELEQRAF

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.

Teleqraf Türkiyə KİV-ə istinadən xəbər verir ki, nazirlər regiondakı son hadisələri və atəşkəsin vəziyyətini müzakirə ediblər.