BAKI, 9 iyul. TELEQRAF

Çinin Futsyan əyalətində yerləşən ayaqqabı fabrikində baş vermiş güclü yanğın nəticəsində azı 28 nəfər həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Faciəvi insident ölkənin cənub-şərqindəki Futsyan əyalətinin Tsyuançou şəhər dairəsində qeydə alınıb.

Hadisə yerinə dərhal 180-dən çox xilasedici və yanğınsöndürən cəlb edilib. Hazırda alovun söndürülməsi və axtarış-xilasetmə işləri davam etdirilir.