BAKI, 9 iyul. TELEQRAF

Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasından laboratoriyada təsdiqlənmiş ölüm hallarının sayı 600-ə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Konqonun Rabitə və Media Nazirliyi məlumat yayıb.

Son 24 saat ərzində Eboladan 20 nəfər ölüb. Yoluxma hallarının sayı 1759 nəfərə çatıb ki, bu da əvvəlki günlə müqayisədə 51 nəfər çoxdur. Ölüm nisbəti 34,1%-dir.

Xəstəxanalarda və tibbi izolyasiya palatalarında müşahidə altında 750 xəstə var.

Hazırkı Ebola epidemiyası mayın 15-də Konqo Demokratik Respublikasının şərqində və Uqandada başlayıb. Episentr Konqonun İturi əyalətindədir.