BAKI, 9 iyul. TELEQRAF
ABŞ-nin hava zərbələri nəticəsində İranın Xuzistan əyalətinin Əhvaz şəhəri yaxınlığında üç nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Xuzistan əyaləti qubernatorunun təhlükəsizlik məsələləri üzrə müavini bildirib ki, yaralılara vaxtında tibbi yardım göstərilib və onların təxliyəsi üçün zəruri tədbirlər görülüb.
Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Xatırladaq ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) daha əvvəl İranın Hörmüz boğazına nəzarət imkanlarını zəiflətmək məqsədilə ölkə ərazisindəki hərbi obyektlərə əlavə zərbələr endirdiyini bəyan etmişdi.