BAKI, 9 iyul. TELEQRAF

İranın raket zərbələri ABŞ-nin Küveytdə yerləşən hərbi bazasını hədəf alıb.

Teleqraf xəbər verir ki, "Fars" agentliyinin məlumatına görə, İran tərəfindən buraxılan raketlər ABŞ bazasına çatıb.

Məlumatda bildirilir ki, Küveytin hava hücumundan müdafiə sistemləri raketləri ələ keçirə bilməyib.

Agentlik bu məlumatı ərəb xəbər mənbələrinə istinadən yayıb.

Bundan əvvəl Bəhreyndə partlayışların baş verdiyi və ölkədə hava həyəcanı elan olunduğu bildirilmişdi.

ABŞ Prezidenti Donald Tramp NATO-nun Ankarada keçirilən sammitində İranla atəşkəs rejiminin artıq qüvvədə olmadığını bəyan edib.

Daha sonra ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı zərbələrin bərpa olunduğunu təsdiqləyib.