BAKI, 9 iyul. TELEQRAF
Bəhreyndə hava həyəcan siqnalının elan edilməsindən sonra partlayış səslərinin eşidildiyi bildirilir.
Teleqraf xəbər verir ki, AFP agentliyinin məlumatına görə, krallıqda baş verən partlayışlarla bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Daha əvvəl Bəhreyn Daxili İşlər Nazirliyi ölkədə hava hücumu xəbərdarlığı sistemlərinin işə düşdüyünü bildirib.
Nazirliyin "X" platformasında yaydığı açıqlamada deyilir: "Siren səslənib. Vətəndaşlardan və sakinlərdən sakitliyi qorumaq və ən yaxın təhlükəsiz yerə getmək xahiş olunur".