BAKI, 9 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ankaradan Böyük Britaniyadakı hərbi bazaya uçarkən köhnə prezident təyyarəsindən istifadə etməsinin yeni hava gəmisinin təhlükəsizliyi ilə bağlı narahatlıqla əlaqəli olmadığını bildirib.
Teleqraf xəbər verir ki, Tramp jurnalistin yeni prezident təyyarəsi ilə Türkiyədən Böyük Britaniyadakı Mildenhall hərbi bazasına uçmağın təhlükəsizliyi ilə bağlı şübhələrinin olub-olmaması barədə sualına "Xeyr, xeyr, niyə olsun ki?" cavabını verib.
ABŞ lideri bu açıqlamanı Mildenhall bazasında qısa dayanacaq zamanı keçdiyi yeni təyyarənin göyərtəsində jurnalistlərlə söhbət edərkən verib. Onun sözlərinə görə, bazadakı bütün hərbçilər yeni təyyarəyə baxmaq üçün çölə çıxıblar.
Daha əvvəl Tramp NATO sammitinin yekun mətbuat konfransında Türkiyədən ABŞ-yə yeni prezident təyyarəsi ilə qayıtmayacağını bildirib. O, səbəb kimi təyyarəni Avropada nümayiş etdirmək istədiyini göstərib.
Tramp yeni prezident təyyarəsini iyunun ortalarında təqdim edib. Qətər kral ailəsinin 2025-ci ildə ona hədiyyə etdiyi bu təyyarə 30 ildən çox istifadə olunan "Boeing 747-2" modelini əvəz edib.