BAKI, 9 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İran tərəfindən hər bir hücuma cavab olaraq Vaşinqtonun Tehrana qarşı 20 zərbə endirməyə hazır olduğunu bildirib.

Teleqraf xəbər verir ki, Tramp NATO sammitindən sonra Türkiyədən qayıdarkən təyyarəsində jurnalistlərlə söhbəti zamanı ABŞ-nin İrana qarşı yeni zərbələri barədə danışıb.

"Biz indicə onlara (İrana) güclü zərbə endirdik. Bu, onların ötən gecə etdiklərinə cavab idi. Onlar üç gəmiyə hücum etdilər", - deyə Tramp bildirib.

ABŞ lideri əlavə edib: "Əgər onlar bizə zərbə endirsələr, biz onlara 20 zərbə endirəcəyik".

Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazına nəzarət imkanlarını zəiflətmək məqsədilə ölkəyə qarşı yeni zərbələrə başlanıldığını açıqlamışdı.

Tramp iyulun 8-də İranla atəşkəs rejiminin artıq qüvvədə olmadığını bəyan etmişdi.