BAKI, 9 iyul. TELEQRAF

İranın İranşəhr şəhərinin hava limanında partlayış səslərinin eşidildiyi bildirilir.

Teleqraf xəbər verir ki, İran Dövlət Televiziya və Radiosunun məlumatına görə, partlayışlar hava limanının uçuş-enmə zolağında və terminal binasında baş verib.

Məlumata əsasən, partlayışlardan sonra hava limanı binasının üzərində tüstü buludu müşahidə olunub. Hadisənin səbəbi və nəticələri barədə əlavə məlumat verilməyib.

Xatırladaq ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazında nəzarət imkanlarını zəiflətmək məqsədilə ölkə ərazisindəki obyektlərə əlavə zərbələr endirildiyini açıqlamışdı. Ardınca Bəndər-Abbas, Cask, Sirik və Çabahar liman şəhərlərində, Əbu Musa adasında və Buşehr vilayətinin bəzi rayonlarında partlayışlar barədə məlumatlar yayılmışdı.