BAKI, 9 iyul. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Ankarada keçirilən sammitindən sonra Avropa İttifaqı liderlərinə üzərində oyma yazıları olan tapançalar və döyüş patronları hədiyyə edib.
Teleqraf xəbər verir ki, hədiyyələr Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə, Avropa Şurasının rəhbəri Antonio Koştaya və digər Aİ ölkələrinin liderlərinə təqdim olunub.
Məlumata əsasən, Avropa Şurası rəhbərinin təhlükəsizlik xidməti hədiyyə edilən silahları yoxlama üçün götürüb. Avropalı rəsmilər bildiriblər ki, tapançalar Belçikanın sərt silah məhdudiyyətlərinə uyğun gəlmir və ehtimal ki, Koşta və fon der Lyayen tərəfindən şəxsi qaydada saxlanılmayacaq.
Nəşrin məlumatına görə, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Niderlandın Baş naziri Rob Yetten də Ərdoğandan hədiyyə alıblar. Onlar silahları ölkələrinə qayıtmazdan əvvəl təhlükəsizlik məqsədilə atəş açmaq imkanından məhrum edilməsi üçün təhvil verəcəklərini bildiriblər.