BAKI, 6 iyul. TELEQRAF

Çin Prezidenti Si Cinpinin Vaşinqtona səfəri sentyabrın 24-nə planlaşdırılıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib:

"Məsələn, Prezident Si sentyabrın sonlarına doğru bura gəlir. Səhv etmirəmsə, ayın 24-də",- deyə, ABŞ lideri Ağ Evdə siyasi tərəfdarları ilə görüş zamanı bildirib.

Vaşinqton Çin liderinin 2026-cı ilin payızında cavab səfəri reallaşdıracağını gözləyir. Tramp 14-15 may tarixlərində Pekinə səfər etmişdi. İyunun əvvəlində ABŞ Dövlət katibi Marko Rubio faktiki olaraq ABŞ prezidentinin Çinə səfərinin nəticə verdiyini təsdiqlədi. Dövlət katibinə görə, səfərin məqsədi dünyanın iki ən güclü dövlətinin liderləri arasında birbaşa təmasın təmin edilməsidir.