BAKI, 6 iyul. TELEQRAF
Hörmüz boğazı pul qazandıran maşındır.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib:
"Ya İranla razılıq əldə edəcəyik, ya da başladığımız işi başa çatdıracağıq. Başladığımız işi tamamlamaq isə çətin deyil. Lakin mən razılıq əldə etməyə üstünlük verirəm. Çünki 91 milyon insana təsir etmək istəmirəm. Biz onların körpülərini bir saat ərzində məhv edə bilərik".
Tramp təkrar edib ki, İranın nüvə silahı ola bilməz: "Mən rejim dəyişikliyinə çalışmıram – baxmayaraq ki, bu, məhz rejim dəyişikliyidir".