BAKI, 6 iyul. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə NATO-nun Baş katibi Rütte Ankara Sammitinin gündəliyi, regional və qlobal prosesləri müzakirə ediblər.
Teleqraf Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinə istinadən xəbər verir ki, görüşdə Ərdoğan sammit hazırlıqlarının tamamlandığını bildirib.
Müttəfiqlər arasındakı müdafiə sənayesi əməkdaşlıqlarının artırılması barədə fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, sammit çərçivəsində keçiriləcək Müdafiə Sənayesi Forumu diqqətlə izləniləcək.
***
20:00
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rütte ilə görüşüb.
Teleqraf xəbər verir ki, görüş Prezident İqamətgahında baş tutub.
Görüşün mətbuata qapalı keçirildiyi bildirilib.