BAKI, 6 iyul. TELEQRAF

Şri-Lankanın qərbindəki Neqombo şəhərində yerləşən həbsxanada baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı 25-ə çatıb, azı 100 nəfər isə xəsarət alıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin polis orqanları məlumat yayıb.

Qeyd edilir ki, həlak olanların beş nəfəri həbsxana əməkdaşıdır.

Hazırda vəziyyəti sakitləşdirmək məqsədilə məhbusların digər həbsxanalara köçürülməsi üçün tədbirlər görülür.