BAKI, 6 iyul. TELEQRAF

İsveçin Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf Rusiya XİN-ə istinadən xəbər verir ki, diplomata iyulun 2-nə keçən gecə Stokholmdakı Rusiya səfirliyinə iki PUA hücumu ilə bağlı sərt xəbərdarlıq edilib:

"İsveçin hakimiyyət, o cümlədən hüquq-mühafizə orqanlarının de-fakto hərəkətsizliyi, Rusiya diplomatik missiyalarına qarşı sistematik PUA hücumları fonunda ölkədəki təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi qəbuledilməzdir. Biz İsveç tərəfindən 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası üzrə öhdəliklərə ciddi şəkildə əməl edilməsini və belə hadisələrə son qoyulması üçün hərtərəfli tədbirlər görməsini tələb edirik"- deyə, nazirliyin bəyanatında bildirilib.