BAKI, 6 iyul. TELEQRAF
NATO artıq Türkiyənin müdafiə sənayesindən əhəmiyyətli dərəcədə fayda əldə edir.
Teleqraf xəbər verir ki, bu barədə Alyansın Baş katibi Mark Rutte iyulun 7–8-də Ankarada keçirilməsi nəzərdə tutulan NATO sammitindən əvvəl təşkil olunan mətbuat konfransında bildirib.
"Türkiyə müdafiə sənayesi bir çox ölkələri dəstəkləyir. Avropa Birliyi daxilində və xaricində işləyir, o cümlədən ABŞ ilə əməkdaşlıq edir. Türk şirkətləri ABŞ sənayesinə də investisiya yatırırlar".
O qeyd edib ki, bu, təkcə "Aselsan" kimi Türkiyənin müdafiə sənayesi nəhənglərinə aid deyil:
"Bu, kiçik və orta ölçülü şirkətlərə qədər təxminən 3000 şirkətdən yalnız bir nümunədir", - deyə Rutte əlavə edib.