BAKI, 6 iyul. TELEQRAF

"ABŞ Prezidenti Donald Trampın Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərini Mayamidə keçiriləcək G20 liderlərinin sammitinə dəvət etməsindən qürur duyuruq".

Teleqraf xəbər verir ki, bunu Qırğızıstanın ABŞ-dakı səfiri Edil Baysalov bildirib:

"Hər üç lider G20 sammitində Trampın şəxsi qonağı olacaq", - deyə o qeyd edib.

Qeyd edək ki, G20 liderlərinin sammitinin bu ilin 14-15 dekabr tarixlərində Mayamidə keçirilməsi nəzərdə tutulub.