BAKI, 6 iyul. TELEQRAF

İyulun 6-da Kiyev bölgəsinə Rusiya hücumu nəticəsində ölənlərin sayı altı nəfərə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə regional dövlət administrasiyasının rəhbəri Nikolay Kalaşnik “Telegram”da məlumat yayıb.

"Təəssüf ki, Kiyev bölgəsinə hücum nəticəsində həlak olanların sayı altı nəfərə çatıb. Ölənlərin ailəsinə və dostlarına dərin hüznlə başsağlığı verirəm", - deyə regional administrasiya rəhbəri qeyd edib.

Onun sözlərinə görə, xilasedicilər, tibb işçiləri, polis və bütün məsul xidmətlər yerində işləməyə davam edirlər.