BAKI, 6 iyul. TELEQRAF

"Türkiyə Ukrayna ilə bağlı danışıqlar prosesini asanlaşdırmağa hazırdır, lakin dialoqun tezliklə bərpa olunacağını gözləmir".

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan "The New York Times" qəzetinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Ankara münaqişəyə son qoymaq üçün danışıqları asanlaşdırmaq niyyətindədir, lakin onların yaxın gələcəkdə davam edəcəyinə inanmır. Fidan bildirib ki, hər iki tərəfdən sülhə doğru real və səmimi öhdəlik və səy görmək bizim üçün vacibdir.