BAKI, 6 iyul. TELEQRAF
Ermənistan Milli Məclisinin sədr müavini Ruben Rubinyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyası məlumat yayıb.
Həmsöhbətlər regional təhlükəsizlik və sabitliyin təmin edilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Nəqliyyat və logistika imkanlarına, eləcə də Ermənistan-Azərbaycan sülh prosesinə istinad edildi.