BAKI, 6 iyul. TELEQRAF

İranın ali lideri Əli Xameneinin və ailəsinin vida mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, Xamenei və ailəsinin cənazələrini daşıyan, üzərində Quran ayələri yazılmış parça ilə örtülmüş yük maşını İslam İnqilabı Keşikçiləri Korpusunun üzvləri və dəfn mərasiminə yol açan hərbçilər tərəfindən mühasirəyə alınıb. Mərasimi 200-dən çox xarici jurnalist Bələdiyyə binasının damından izləyib.

Ali liderin cənazəsi paytaxtdan İranın dini mərkəzi olan Quma aparılacaq. İyulun 8-də isə İraqa göndəriləcək və orada Kərbəla və Nəcəfdə ayrıca vida mərasimləri keçiriləcək. Dəfn mərasimi iyulun 9-da Xameneinin doğulduğu Məşhəd şəhərində, şiəliyin ən müqəddəs yerlərindən biri olan İmam Rza ziyarətgahının yerləşdiyi yerdə keçiriləcək.