BAKI, 6 iyul. TELEQRAF

"Belarus xalqı sülhsevərdir və döyüşmək istəmir, amma düşmənə baş əymək niyyətində deyil".

Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ali hərbi təhsil müəssisələrinin məzunlarını və yüksək rütbəli zabitləri təltif etmək mərasimində bildirib.

Dövlət başçısı deyib ki, belarus xalqı nasist işğalı zamanı inanılmaz çətinliklərə dözdü və genetik olaraq müharibəyə davamlıdır: "Biz dinc insanlarıq, döyüşmək istəmirik, amma eyni zamanda düşmənə baş əymək niyyətimiz də yoxdur" .