BAKI, 6 iyul. TELEQRAF
Ukrayna Rusiyanın Ukrayna şəhərlərinə növbəti kütləvi hücumu ilə əlaqədar olaraq BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını istəyib.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa sosial şəbəkədə bildirib.
Nazir yazıb ki, Rusiyanın bir neçə gün ərzində ikinci böyük raket və pilotsuz təyyarə hücumundan sonra Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib.
O, ölənlərin sayının bir gecədə artdığını və 2 iyulda Rusiyanın əvvəlki hücumunun Kiyevdə ən azı 31 mülki şəxsin həyatına son qoyduğunu qeyd edib.
"Biz Təhlükəsizlik Şurasında Konqo Demokratik Respublikasının sədrliyini və onun üzvlərini Ukraynanın tələbini dəstəkləməyə çağırırıq. Gecikmiş və ya zəif reaksiyalar terroru dayandıra bilməz. Bunu yalnız qətiyyətli, prinsipial və vaxtında verilən cavab edə bilər", - deyə Sibiqa vurğulayıb.
Xarici işlər naziri vurğulayıb ki, beynəlxalq ictimaiyyət təcavüzkarı çəkindirmək üçün vahid cəbhədə dayanmalı və BMT Nizamnaməsinə uyğun olaraq hərtərəfli, ədalətli və davamlı sülhü təşviq etməyə davam etməlidir.