BAKI, 6 iyul. TELEQRAF
ABŞ-nin müxtəlif şəhərlərində Müstəqillik Günü şənlikləri zamanı baş verən atışmalarda ən azı altı nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Bildirilir ki, Bruklinin Koni Aylend məhəlləsində naməlum silahlı şəxsin bayram edən ailəyə atəş açması nəticəsində dördü uşaq olmaqla ən azı səkkiz nəfər yaralanıb. Florida ştatının Pensakola şəhərində naməlum silahlı şəxslər bir qrup gəncə atəş açaraq bir nəfəri öldürüb.
Oxşar hadisələr İndiana, Kaliforniya, Missuri və Ohayo ştatlarında da qeydə alınıb. Ölənlər arasında 10 yaşlı uşaq da var.