BAKI, 6 iyul. TELEQRAF

Hazırda Qaqik Tsarukyanın evində axtarış aparılır.

Teleqraf xəbər verir ki, bu barədə Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Tsarukyanın sözçüsü İveta Tonoyan sosial şəbəkə hesabında yazıb.

Ermənistanın İstintaq Komitəsi bu məlumatı təsdiqləyərək, cinayət işi çərçivəsində zəruri istintaq və prosessual hərəkətlərin aparıldığını vurğulayıb.