BAKI, 6 iyul. TELEQRAF
Ermənistanın Baş nazir Nikol Paşinyan Rusiya Federasiyasına işgüzar səfər edib.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Paşinyan Yekaterinburqda keçirilən "İnnoprom-2026" beynəlxalq sənaye sərgisi çərçivəsində keçiriləcək "Sənaye 360. Sərhədsiz istehsal" mövzusunda plenar iclasda iştirak edəcək.
Nikol Paşinyanın Rusiya Federasiyasının Baş naziri Mixail Mişustinlə də görüşü planlaşdırılır.