BAKI, 5 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda müşahidə olunan güclü fırtınaya baxmayaraq ölkənin Müstəqillik Bəyannaməsinin imzalanmasının 250 illiyi münasibətilə planlaşdırılan çıxışını ləğv etməyəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, Donald Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

ABŞ prezidenti bildirib ki, hava şəraitinin yaxşılaşmasını gözləyəcək və nə olursa-olsun çıxış edəcək.

Xatırladaq ki, bundan əvvəl Vaşinqtonda güclü ildırım və külək səbəbindən minlərlə insana şəhərin mərkəzində keçirilən bayram tədbirlərini tərk etmək və yaxınlıqdakı dövlət binalarında, muzeylərdə sığınacaq tapmaq göstərişi verilmişdi.