ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin yumşaq miqrasiya siyasəti səbəbindən üçüncü dünya ölkəsinə çevrilməyin nəticələrini yaşadıqlarını iddia edib.

Teleqraf xəbər verir ki, Donald Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

ABŞ prezidenti bildirib ki, üçüncü dünya ölkələrindən cinayətkarların qəbul edilməsi dövlətlərin qısa müddətdə eyni vəziyyətə düşməsinə səbəb olur.

"Avropa üçüncü dünya ölkələrindən cinayətkarları qəbul etsəniz, özünüzün də üçüncü dünya ölkəsinə çevrildiyinizi görür. Bu, çox sürətlə baş verir. Məni məhz vaxtında seçdilər", - deyə Tramp yazıb.

Qeyd edək ki, Donald Tramp daha əvvəl də Avropadakı müttəfiqlərini sərt tənqid edərək onların miqrasiya siyasətini həddindən artıq yumşaq adlandırmışdı.