BAKI, 4 iyul. TELEQRAF
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan ilə Kanadanın Baş naziri Mark Karni arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, liderlər Türkiyə-Kanada münasibətləri ilə yanaşı, regional və qlobal məsələləri də müzakirə ediblər.
Prezident Ərdoğan Türkiyə ilə Kanada arasında ticarət, təhlükəsizlik, müdafiə sənayesi və enerji də daxil olmaqla bir çox sahədə əlaqələri daha yüksək səviyyəyə qaldırmaq üçün çalışdıqlarını bildirib.
Ərdoğan həmçinin Türkiyədə keçiriləcək NATO Liderlər Zirvəsinin müttəfiqlər arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edəcəyinə ümidini ifadə edib.
Görüşdə Ərdoğan həmçinin Kanadanın Baş naziri Karnini 1 iyul Kanada Günü münasibətilə təbrik edib.