BAKI, 4 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp gələn həftə Vaşinqtonda İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşmək istədiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Tramp "Axios"a müsahibəsində bildirib.

"Netanyahu mənimlə Ağ Evdə görüşmək istəyir. Görüş gələn həftə baş tuta bilər. Biz çox yaxşı yola gedirik. ABŞ-İsrail münasibətlərinə gəldikdə, Netanyahu kimin boss olduğunu bilir" - Tramp qeyd edib.

Netanyahunun ofisi daha əvvəl baş nazirin ABŞ-də Trampla erkən görüşə razılıq verdiyini açıqlamışdı.