BAKI, 4 iyul. TELEQRAF

ABŞ İran rəhbərliyinə sui-qəsd etmək niyyətində deyil, çünki bu, İslam Respublikası ilə gələcək danışıqları qeyri-mümkün edəcək.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Axios" portalına müsahibəsində bildirib.

O, jurnalistin "İran rəsmilərini öldürmək üçün hücum planınız varmı" sualına belə cavab verib.

"Xameneinin dəfn mərasimini izləyirəm. Hamısı oradadır. Amma biz bunu (hücumu-red) etməyəcəyik, çünki o zaman danışıqlar aparacaq heç kimimiz olmayacaq".

Amerika liderinin sözlərinə görə, İran tərəfi sülh sazişi üçün yalvarır: "Xamenei ilə vida mərasimində bəzi iranlıların ağladığını görüb təəccüblənirəm. Bəlkə də bunlar saxta göz yaşlarıdır".