BAKI, 4 iyul. TELEQRAF
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner avqustun sonuna qədər Rusiyaya səfər edə bilərlər.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Daha əvvəl "The New York Times" (NYT) mənbələrə istinadən Uitkoff və Kuşnerin münaqişələrin həlli məsələləri ilə bağlı Rusiya və Ukrayna rəsmiləri ilə hər gün əlaqə saxladığını bildirmişdi .
Yaxın Şərqdə vəziyyətin müəyyən dərəcədə sabitləşməsi fonunda, Uitkoff və Kuşnerin Ukrayna münaqişəsinin həllində vasitəçiliyə qayıtma ehtimalı ilə bağlı bir neçə xəbər yayılıb, lakin səfərlərin dəqiq tarixləri hələ açıqlanmayıb.